GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

PАLEОBİОGEОКİMYА ELMİ-TƏDQİQАT LАBОRАTОRIYАSI

“Paleobiogeokimya” Elmi-tədqiqat laboratoriyası 1965-ci ildə AMEA-nın müxbir üzvü, professor Q.M.Sultanov tərəfindən yaradılmışdır.

Hazırda laboratoriyada aparılan elmi işlərə geologiya-mineralogiya elmləri doktoru, professor S.A.İsayev rəhbərlik edir. Laboratoriya orqanizm-geokimyəvi mühit arasında qarşılıqlı əlaqələri öyrənir, respublikanın müxtəlif rayonlarında, xüsusilə Abşeron yarımadasında ekoloji-geokimyəvi tədqiqatlar aparır. Laboratoriyada 3 doktorluq və 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 8 monoqrafiya, 4 dərslik, “Paleobiogeokimya” topluları, 300-dən çox məqalə dərc olunmuş, tətbiqi əhəmiyyətə malik olan 20-dən çox elmi-praktiki tövsiyyələr irəli sürülmüşdür. 2007-ci ildə akademik H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Эколого-геохимическая оценка изменений в биосфере Абшеронского полуострова” adlı, 2008-ci ildə isə “Биогеохимия растений Б.Кавказа (в пределах Азербайджана)” adlı iri həcmli monoqrafiyalar çapdan çıxmışdır. Laboratoriya tərəfindən seminar və elmi konfranslar keçirilmiş, əməkdaşlar bir çox xarici ölkələrdə keçirilən Beynəlxalq konfranslarda (Polşa, Macarıstan, Tailand) məruzələrlə iştirak etmişlər.

Elmi tədqiqatların nəticəsi olaraq mikroelementlərin biogen miqrasiyası, onların skelet maddəsində yayılmasının xarakter xüsusiyyətləri sedimentasiya və diagenez prosesləri fonunda müəyyən edilmişdir. Nəticədə qədim çöküntü qatında olan şəraitlər, dənizdə və kontinentdə əsas təbii proseslərin təkamülü haqqında qiymətli məlumatlar alınmışdır. Paleoekosistemlərin, onların biosenozlarının müəyyən edilməsi, paleoekoloji şəraitlərin geoloji dövr üzrə izlənilməsi, onların keyfiyyət dəyişmələrinin proqnozlaşdırılması və nəhayət, geoloji hadisələrin korrelyasiyasının yerinə yetirilməsi biogeokimyəvi indikatorlar metodunun – paleobiogeokimyəvi metodun tətbiqi əsasında mümkün olmuşdur.

Elmi-tədqiqat laboratoriyasının tərkibi:

Laboratoriya müdiri: g.-m.e.d., professor İsayev Sokrat Abasəli oglu

 

 

 

Bookmark and Share