Paleontologiya və tarixi geologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış nəfis tərtibatlı Paleontologiya dərsliyi bu günlərdə işıq üzü görəcəkdir. Bu kafedrada təşkil olunmuş ekspedisiya Böyük Qafqazın şimal-şərq yamacındakı Tahirçalçay-Cimiçay hövzələri arası ərazinin üst yura çöküntülərinin stratiqrafiyasını və faunasını tədqiq etmişdir.