GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Yeni alınmış qurğularla sınaq çöl işləri yekunlaşdı..

10/12/2012

BDU-nun rektorluğu tərəfindən Geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasına 2012-ci ildə “Lakkolit (seysmik)”, “ERA-MAX (elektrik)” kəşfiyyatı stansiyaları alınmışdır. Bununla yanaşı qrant layihəsi çərçivəsində bir ədəd “Lipman” elektrik kəşfiyyatı stansiyası Almaniyanın Köln Universitetindən kafedraya verilmişdir.

Yuxarıda qeyd olunan qurğuların real geoloji şəraitdə “Seysmologiya və Yer təkinin fizikası” kafedrası və “Yer qabığının geofiziki tədqiqatları” ETL-nin professor-müəllim heyəti və “Geofizika” ixtisası üzrə təhsil alan tələbə və magistrantlar cəlb edməklə sınaq çöl işləri yekunlaşdırılmışdır. Hal-hazırda alınan nəticələrin emalı həyata keçirilir.

Adı şəkilən geofiziki stansiyalar vasitəsilə aşağıdakı məsələləri həll etmək mümkündür:

1. Seysmoloji məsələlər

2. Hidrogeoloji məsələlər

3. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı

4. Mühəndis-geoloji məsələləri

Bookmark and Share