Noyabrın 1-dən 3-dək Azərbaycan Milli Geofizika Komitəsinin Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft Mühəndisləri Cəmiyyəti (SPE) ilə birgə “Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi” mövzusunda X Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilib. Həmin konfransda Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri dosent Əli Novruzov və müavini dosent Əvəz Məmmədov da iştirak edib. Dos. Əli Novruzov “Böyük Palantökən-kolluq sahəsində seysmik və qravimetrik kəşfiyyatla neft-qazlılığın proqnozlaşdırılması” və “Kompleks geofiziki üsullarla Yevlax-Ağcabədi çökəkliyində paleogen-neogen çöküntülərinin pazlaşmalar ilə əlaqədar neft-qaz perspektivliyinin tədqiqi” mövzularında məruzələrlə çıxış edib.