Bakı Dövlət Universistetinin Vyetnamın Xanoy şəhərində yaşayan 1971-1976- illərdə Geologiya fakültəsində təhsil almış məzunları - geoloq-kristalloqraflar Nquen Tat Tunq, Danq Van Luen, geokimyaçı-mineroloqlar Lıu Dık Xay , Çan Vıet Zıonq və Xoanq Vıet Tıin Geologiya fakültəsinin Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqova məktub ünvanlayıblar.
BDU-nun Geologiya fakültəsində (1968-1973-cü illərdə) təhsil almış vyetnamlı məzunu Nquen Daq Lı vasitəsilə təqdim olunan məktubda yazılır: “Hörmətli professor M.Çıraqov, mütəxəssis kimi yetişməyimizdəki əməyinizi yüksək dəyərləndirir, ailəmizdən, vətənimizdən uzaqda olarkən bizə göstərdiyiniz xoş və səmimi münasibətə görə sizə təşəkkürümüzü bildiririk. Vyetnamın geologiya və iqtisadiyyatının inkişafına verdiyimiz töhfələrə görə BDU-nun Vyetnamlı məzunları ilə fəxr edə bilərsiniz. Qazandığımız biliklərə və göstərdiyiniz qayğıya görə sizə, bütövlükdə Azərbaycan xalqına təşəkkürümüzü bildirir. Minnətdarlıq əlaməti olaraq Vyetnam mədəniyyətinin nümunəsi kimi Sizə «Mednıy baraban» suvenir medalını göndərir və böyük həvəslə ölkəmizə dəvət edirik.