GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Tyutor vəzifəsinə namizədlər imtahan verib

03/07/2015

28 nəfərin iştirak etdiyi yekun imtahanda çıxış edən Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə tyutorlara ugurlar arzulayıb. Bildirib ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb. Əvvəlki buraxılışlarda Bakı Dövlət Universiteti və respublikanın aparıcı ali təhsil ocaqları üçün 217 tyutor hazırlanıb və Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə universitetlər üçün tyutor hazırlığı davam edir. BDU və digər aparıcı ali təhsil ocaqları üçün təşkil olunmuş tyutor hazırlığı kursları 1 noyabr 2014-cü il tarixindən 30 iyun 2015-cü il tarixinədək öz işini davam etdirərək 7-ci buraxılışını başa vurub.

Prorektorun çıxışından sonra namizəd tyutorlar imtahan prosesinə başlayıblar.

Bookmark and Share