20-22 Fevral 2010-cu ildə İran İslam Respublikasında Geoloji Elmlərin 27-ci Simfoziumu və İran Geoloji Cəmiyyətinin 13-cü Simfoziumu keçirilmişdir. Bu Simfoziumda Faydalı qazıntılar kafedrasının professoru Vaqif Ramazanov “Qoşa qızıl yatağında qızılın paylanmasının kimyəvi xüsusiyyətləri” mövzusunda (Həmmüəlliflər B.H.Qələndərov, M.İ.Mansurov, Z.A.Vəliyev, T.H.Təhməzova, M.Safari) müvəffəqiyyətlə çıxış etmişdır. Məqalə konfransın materiallarında dərc edilmişdir.