Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru Nazim Əjdər oğlu İmamverdiyev 24 aprel-03 may 2017-ci il tarixində Turkiyənin İstanbul və Boğasçı Universitetlərində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyət zamanı o İstanbul Universitetinin Petrologiya və Mineralogiya kafedrasının müdiri, professor Mehmet Keskinlə görüşmüş, elmi müzakirələr aparılmışdır.
Ezamiyyət zamanı professor Mehmet Keskinin kompyüterdə tərtib olunmuş modelləri əsasında Kiçik Qafqazın gec kaynozoy vulknanizminin əmələ gəlmə problemləri müzakirə olunmuşdur. Gec kaynozoy formasiyaları süxurlarının əmələ gəlməsini və təkamülünü aydınlaşdırmaq məqsədilə kompüter proqramları vasitəsilə müxtəlif proseslərin (kristallaşma diferensiasiyası - FC, assimilyasiya və fraksion kristallaşma – AFC, qismən ərimə) modelləşdirilməsi aparılmış, Kiçik Qafqazın üst pliosen-dördüncü dövr vuılkanizminin Şərqi Anadolunun eyni yaşlı vulkanizmi ilə müqayisəli analizi aparılmışdır.
Aparılmış tədqiqatlar əsasında Web of Sciences jurnallarında məqalə nəşr etmək, gələcəkdə müştərək elmi-tədqiqat işləri aparmaq nəzərdə tutulmuşdur.