Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovun “Kalsium və nadir torpaq elementlərin, silikatların müqayisəli kristallokimyası” (rus dilində) və “Azərbaycan mineralları” (Azərbaycan, rus və ingilis dillərində) adlı monoqrafiyaları Rusiya Təbiət Elmlər Akademiyası tərəfindən İspaniyanın Barselona şəhərində “Liber Barcelona 2018” adlı beynəlxalq kitab sərgisində nümayiş olunub. Dünya alimlərinin marağına səbəb olan kitab qızıl medala layiq görülüb.