8 may 2013-cü il tarixində Geologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda Beynəlxalq Elmi Konfransı keçirilib.
Konfransın plenar iclası 201 saylı auditoriyada saat 14:00-da keçirilmişdir. Plenar iclasda Elm və İnnovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə Heydər Əliyevin həyatı barədə geniş məruzə etməklə, konfransı açıq elan edib.
Plenar iclasda fakültə dekanı dosent A.İ.Xasayev çıxış etdi və konfransın 3 bölmədə keçirilməsi barədə məlumat verib.