22-24 aprel 2013-cü il tarixində İSESKO tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ali təhsil müəssisələrində tədrisin planlaşdırılması, kurikkulumun hazırlanması, insan ehtiyyatları və universitetlərin idarə olunması” mövzusu üzrə Milli Seminar keçirilib
Seminar Təhsil Nazirliyi Elm Şöbəsinin müdiri Gültəkin Hüseynovanın sədrliyi ilə keçirilmişdir. Seminarda İSESKO-nun nümayəndəsi cənab Məhəmməd Həlal və Malayziyalı mütəxəssis professor Nik Əhməd Hişam İsmail iştirak etmişlər.
Seminarda 25 məruzə dinlənilmişdir. BDU-dan Geologiya fakültəsinin dekanı Adil Xasayev “Bakı Dövlət Universitetinin təcrübəsində Tələbə təcrübələrinin təşkil edilməsi” mövzusunda məruzə etmişdir.
Məruzə maraqla dinlənilmiş və İSESKO-nun Sertifikatına və pul mükafatına layiq görülmüdür.