GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

IV kurstələbəmiz Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclasında iştirak etmişdir

01/05/2017

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının (General Assembly of the European Geosciences Union -EGU2017) iclası keçirilib.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, həmin mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə KazımovaGeologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükə  şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və EGU-17 Assambleyasının tələbə seksiyasında BDU-nun Geologiya fakültəsinin IV kurs (GK-014R) tələbəsi, GGİ-nin əməkdaşı Elvin Babayev iştirak etmişlər.

Konfransın keçirilməsində məqsəd dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq və bu sahədə əldə olunmuş nailiyyətləri, elmi yenilikləri müzakirə etməkdir.

Tədbirdə geodinamika və seysmologiya üzrə ayrıca seksiyalar keçirilib, eyni zamanda Yer elmləri sahəsində müasir tədqiqatlar, aktual problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində nümayəndələr ABŞ-ın "Kinemetriks" və Birləşmiş Krallığın "Güralp Systems Limited" şirkətlərinin rəsmiləri ilə görüşüb, həmin şirkətlərin seysmik dalğaları və Yer qabığının ümumi titrəyişlərini ölçən texnologiyaları ilə yaxından tanış olublar. Uğurlar arzu edirik!

Dekanlıq

Bookmark and Share