GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

IV kurs Sabah qruplarına “Geoloji xəritələrin rəqəmsallaşdırılması,rəqəmsal 3D və həqiqi modelin hazırlanması” mövzusunda seminar keçirildi

18/11/2016

Geologiya fakultəsinin IV kurs  Sabah qruplarına fakültə müəllimlərinin və Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin işçilərinin iştirakı ilə 3 gün seminar keçirilmişdir. Seminarın ilk günündə şirkətin geoloji kəşfiyyat işləri üzrə meneceri Dr. Anar Vəliyev “Tetis filiz qurşaqında yerləşən filiz yataqlarının timsalında Gədəbəy yüksək sulfidli epidermal qızıllı mis yatağının genetik modeli və praqnoz meyarlarının işlənilməsi” mövzusunda çıxış etmişdir. Seminarın 2-ci və 3-cü günlərində isə şirkətin mühəndis geoloqu Rəşad Əliyev “Geoloji xəritələrin rəqəmsallaşdırılması, rəqəmsal 3D və həqiqi modelin hazırlanması” mövzusunda çıxış etmişdir və gələcəkdə keçirilməsi nəzərdə tutulan "Rəqəmsal texnologiya ilə ehtiyatların hesablanması" mövzusunda seminara hazırlıq üçün tələbələrin iştirakı ilə həqiqətdə mövcud olmayan, lakin geoloji prinsiplərə və filizəmələgəlmə proseslərinə uyğun olan, mövhum geoloji xəritə hazırlandı. Hazırlanmış xəritə əsasında 3 müxtəlif səviyyə üzrə horizontal geoloji kəsilişlər tərtib edildi. Mütəxəsislər tələbələrin çoxsaylı suallarına cavab vermiş və görülən işlərin aktuallığı haqqında danışmışdılar.

Bookmark and Share