Bakı Dövlət Universitetinin Elmi kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridir. Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılmış və həmin ildə onun strukturunda önəmli yeri olan kitabxana təşkil olunub.
Hər il olduğu kimi bu il də dekanlıq tərəfindən fakültəmizə yeni qəbul olmuş I kurs tələbələrinin BDU-nun Elmi kitabxanası ilə ilkin tanışlığı təşkil edilib. BDU-nun Elmi kitabxanasının Elmi biblioqrafiya şöbəsinin müdiri Həsənova Zülfünaz tələbələrimizə Elmi kitabxananın yaranma tarixi, mövcud vəziyyəti və istifadə qaydaları haqqında ətraflı məlumat verib. Görüş tələbələrin suallarının cavablandırılmasından sonra yekunlaşıb.