Hidrogeologiya mühəndisiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün yeni dərslik işıq üzü gördü. Qiyabi və Əyani şöbələri üzrə tədris olunan bu fənn əsas ixtisas fənlərindən olmaqla kadr hazırlığında çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Hidrogeologiya və mühəndis geologiya kafedrasının dosenti E.A.Məmmədovanın bu günlərdə çapdan çıxmış "Yeraltı suların dinamikası" adlı dərsliyi Hidrogeologiya mühəndisiliyi ixtisası üzrə təhsil alan tələbələrinə bir töhvədir.