Bu gün Geologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "GEOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ" mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.
Magistratura və doktorantura şöbəsinin müdiri prof.A.O.Məmmədova giriş sözü ilə konfrans iştirakçılarını salamladı, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki rolundan, elm və təhsil sahəsinə qayğısından bəhs etdi. Çıxışın sonunda konfrans iştirakçılarına uğurlar arzulayaraq, konfransı açıq elan etdi.
Geologiya fakültəsinin dekanı dos.M.A.Məmmədova çıxışında qeyd etdi ki, konfransda Elmi tədqiqat hissəsinin rəisi prof.İ.M.Əfəndiyeva, Coğrafiya fakültəsinin dekan vəzifəsini icra edən dos.Ş.İ. Məmmədova və "Azərsu" ASC-nin "Su mənbələrinin tədqiqi və işlənməsi" şöbəsinin rəisi və fakültənin məzunu E.H.Rüstəmov iştirak edir. O, gənc kadrların hazırlanmasında elmi konfransların keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, konfransda iştirak edən doktorant, dissertant və magistrantlara elmi-tədqiqat işlərində uğurlar arzuladı.
Müxtəlif istiqamətli geoloji tədqiqatların nəticələrini əks etdirən elmi konfransın plenar iclasında "Kristalloqrafiya,mineralogiya və geokimya" kafedrasının müdiri prof.M.İ.Çıraqovun "Azərbaycanda silikatların kristallokimyasının inkişaf mərhələləri" mövzusunda, "Seysmologiya və Yer təkinin fizikası " kafedrasının müdiri dos.Ə.Q.Novruzovun "Geofiziki tədqiqatlarla şimali Naftalan sahəsinin neft-qazlılığının perspektivliyi" mövzusunda və "Faydalı qazıntılar" kafedrasının professoru N.Ə.İmamverdiyevin "Петрологические особенности позднекайнозойского коллизионного вулканизма Малого Кавказа"mövzusunda məruzələri maraqla dinlənilib və məruzələr ətrafında diskussiyalar aparılıb.
Daha sonra "Faydalı qazıntılar" kafedrasının müdiri akad. V.M.Babazadə çıxış edərək dinlənilən məruzələrin Geologiyanın aktual problemlərini özündə əks etdirdiyini qeyd etdi vəgənc tədqiqatçılara elmi-tədqiqat işləri ilə bağlı öz tövsiyələrini verdi, eyni zamanda,konfransın yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini vurğuladı.Elmi konfrans işini 3 bölmə üzrə iclaslarda davam etdirib.