BDU-nun Geologiya fakültəsinin 4-cü kurs 016R qrupunun tələbəsi Aygün Bayramova Avstriyanın Vyana şəhərində keçirilən Avropa Geoloqlar Birliyinin Baş Assambleyasının (European Geosciences Union General Assembly 2018) konfransında iştirak edib. Aygün Bayramova Böyük Qafqazın Geodinamik inkişafı mövzusunda keçirilən sessiyada “Paleotemperature regime and sedimentation dynamics in maykopian basin within the South-eastern Caucasus on the basis of palynological data” adlı stend məruzə ilə çıxış edib.
Qeyd edək ki, konfransda 106 ölkədən gələn 15000 alim və tədqiqatçı iştirak edib. Konfransda Azərbaycandan iştirak edən AMEA-nın Geologiya və Geofizika institunun 9 əməkdaşı arasında BDU-nun Geologiya fakültəsinin tələbəsi də olub. A. Bayramova AMEA Geologiya və Geofizika institutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin böyük laborantı vəzifəsində çalışır.