25.10.2019-cu il tarixində Geologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası fakültə Elmi Şurasının sədri dosent Məhluqə Məmmədova açaraq gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı və iclasda iştirak etdikləri üçün BDU Tədris-Metodiki Şurasının sədri, akademik Vasif Babazadəyə, sədr müavini, dosent Vaqif Qasımova, üzvləri: professor Sabit Məmmədova, professor Rafiq Tağıyevə öz təşəkkürünü bildirib.
Gündəlikdə duran birinci məsələ ilə bağlı Elmi Şuranın sədri Məhluqə Məmmədova bildirdi ki, fakültənin Tədris-Metodiki Şurası (TMŞ) yarandığı tarixdən (2004-2005-ci tədris illəri) etibarən onun sədri Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, prof.Məmməd Çıraqov olmuşdur.Prof. Məmməd Çıraqov fakültə TMŞ-nın yaranma tarixi və tərkibi haqqında məlumat verdikdən sonra, fakültədə 2018/2019-cu tədris ilində təlim-tərbiyə, tədris-metodiki və elm-tədris işləri barədə ətraflı məruzə etdi, təkliflər irəli sürdü və sonda fakültə TMŞ-nın sədri vəzifəsindən istefasının qəbul edilməsini Elmi Şura üzvlərindən xahiş etdi. TMŞ sədri hesabatla bağlı sualları cavablandırdıqdan sonra professorlar: Sokrat İsayev, Musa Məmmədov və Bahadır Qələndərov çıxış edərək TMŞ-nın illik fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra BDU TMŞ-nın sədri,akademik Vasif Babazadə və sədr müavini dosent Vaqif Qasımov çıxış edərək fakültədə tədris- metodiki və elm-tədris işləri sahəsində böyük uğurlar əldə olunduğunu, tədris proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması və qrif Şurasına təqdim olunması sahəsində də böyük işlər görüldüyünü qeyd edərək, fakültə TMŞ-nın hesabatını qənaətbəxş hesab ediblər.
Çıxışlardan sonra fakültə TMŞ-nın yeni üzvləri və seçilmiş üzvlərdən dosent Əvəz Məmmədov yekdilliklə fakültə TMŞ-nın sədri seçilib. Elmi Şuranın sədri dosent Məhluqə Məmmədova və bütün üzvləri sədrliyi müddətində göstərdiyi fəaliyyətinə görə prof. Məmməd Çıraqova öz təşəkkürlərini bildirib.
Daha sonra 100 illik yubiley ərəfəsində olan BDU-da rektor, cənab Elçin Babayevin rəhbərliyi ilə həyata keçirilən layihələrdən, elm və təhsildə əldə olunan uğurlardan bəhs edilib, fakültənin professor-müəllim heyətinin böyük əzmlə yubileyə hazırlaşdığı qeyd olunub.
İclas gündəlikdə duran digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.