GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Geologiya fakültəsinin dekanı "İlin ən yaxşı dekanı" adına layiq görülüb

06/07/2018

Facebook sosial şəbəkəsinin "BDU” səhifəsində "İlin ən yaxşı dekanı” nominasiyası üzrə açıq səsvermə keçirilib. Universitetin 17 fakültəsini əhatə edən və bir ay davam edən səsvermədə fakültənin inzibati idarə olunmasındakı yüksək peşəkarlıq, gənclərin elmə cəlb olunması istiqmətində xidmətlər, qayğıkeşlik, tələbə-müəllim kontingenti ilə münasibətlər əsas götürülüb.

Universitetin tələbə və məzunlarının, eləcə də səhifə istifadəçilərinin iştirak etdiyi səsvermədə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev humanitar, Geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova isə təbiət fakültələri arasından qalib olublar. Qalib dekanlara diplomları BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Daşqın Qənbərov, səhifə və layihənin rəhbəri İlqar Quliyev təqdim ediblər.

Bookmark and Share