GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Geologiya fakültəsində növbəti Elmi Şura

16/10/2014

16 oktyabr 2014-cü il tarixində Geologiya fakültəsinin genişlənmiş Elmi Şurasının iclasında Metodik Şurasının illik hesabatı dinlənmişdir. Metodik Şuranın sədri prof. Məmməd Çıraqov illik hesabat vermişdir. Hesabat ətrafında prof. Musa Məmmədov , dos. Məhluqə Məmmədova, dos. Əvəz Məmmədov , prof. Bahadur Qələndərov, universitet Metodik Şurasının üzvü prof. Vaqif Qasımov və fakültə dekanı dos. Adil Xasayev çıxış etmişdilər. Sonra Universitet Metodik Şurasının sədri akademik Vasif Babazadə Elmi Şuranın iclasına yekun vurmuşdur. Hesabat yüksək qiymətlə qəbul olunmuşdur . Elmi Şuranın iclasında Universitet Metod Şurasının üzvləri prof. Məhərrəm Vəliyev və dos. Knyaz Aslan iştirak etmişdilər

Bookmark and Share