GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Geologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir

27/03/2017

27.03.2017-ci il tarixində  Geologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası fakültə Elmi Şurasının sədri dos.M.A.Məmmədova açaraq gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı.O bildirdi ki, bakalavriatura səviyyəsində əyani şöbənin buraxılış kurslarında 2016/2017-ci tədris ilinin Yaz imtahan sessiyasının keçirilməsi qaydaları haqqında BDU rəhbərliyinin 13.03.2017-ci il tarixli R-15 saylı  əmri bütün kafedralara paylanmış və kafedraların professor- müəllimləri həmin qaydalarla tanış olmuşlar, imtahanlarda neqativ halların qarşısının alınması üçün tələbələr məlumatlandırılmışlar. Sonra o bildirdi ki,  Vice-President/Director, American Geotechnical Engineerinq Services Pradeep  Ullikashi BDU-da bir neçə həftəliyə “Hidrogeologiya” və “Mühəndisi geologiya” fənlərindən mühazirə demək , öz bilik və təcrübəsini fakültənin müəllim-tələbə kollektivi ilə bölüşmək təklifi ilə müraciət etmişdir.

Ətraflı müzakirələrdən sonra IV kurs tələbələrinin Yaz imtahan sessiyasına hazırlığın qənaətbəxş hesab olunması, amerikalı mütəxəssisin təklifinin dəyərləndirilməsi və onun BDU ilə əməkdaşlığının təşkil olunması qərarları qəbul olundu.

 

Bookmark and Share