16.02.2017-ci il tarixində Geologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası fakültə Elmi Şurasının sədri dos.M.A.Məmmədova açaraq gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı.O bildirdi ki, fakültədə cəmi 634 tələbə təhsil alır, onlardan 54-ü magistrant olmaqla, 82 tələbə qiyabi şöbə, 486 tələbə isə əyani şöbə üzrə təhsil alır. dos.M.A.Məmmədova fakültə, ixtisaslar və kurslar üzrə 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinin statistikası barədə konkret rəqəmləri Şura üzvlərinin nəzərinə çatdırdı. Belə ki,fakültə üzrə imtahanda iştirak edən tələbələrin sayı 486, müvəffəq qiymət alan-261, qeyri-müvəffəq -225 nəfər (46.3%) olmuşdur. Kurslar üzrə I kurslarda 5 qrupdan 4-də tələbələrin 50%-dən çoxunun Riyaziyyat fənni üzrə qeyri- kafi qiymət aldığını bildirdi. O statistik məlumatlara əsasən fakültədə tədrisin səviyyəsinin çox aşağı olduğunu qeyd edərək, mövcud vəziyyəti qismən də olsa yaxşılaşdırmaq üçün EŞ üzvlərindən təkliflər vermələrini xahiş etdi.
Sonra o, Yaz semestrinə hazırlıq barədə məlumat verərək bütün müəllimlərin kameralı auditoriyalarda dərslərinin keçirilməsinin və tələbələrin təkrar dərslərdə iştirak etməsi üçün alt qruplara yazılmasının təmin olunduğunu, passiv və IV kurs tələbələri üçün 23 fənn üzrə əlavə qrupların təşkil olunduğunu EŞ üzvlərinin diqqətinə çatdırdı.
Gündəlikdə duran məsələlər ətraflı müzakirə olunduqdan sonra qərara alındı: