Geologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda fakültədə tədrisin gedişi, tələbələrin yay imtahan sessiyasına hazırlığının müzakirəsi, tədris ilinin II yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi və digər cari məsələlər müzakirə olunub.
Elmi Şuranın sədri, geologiya faüktəsinin dekanı, dosent Məhluqə Məmmədova iclası açaraq fakültədə tədrisin gedişi barədə məruzə ilə çıxış edib. IV kurs tələbələrinin təcrübələrinin gedişi barədə məlumat verən dosent M. Məmmədova bildirib ki, bütün ixtisaslar üzrə müvafiq ixtisas üzrə tələbələr fakültənin kafedralarında ixtisas təcrübələri keçiblər. İclasda həmçinin sonuncu kurs tələbələrinin dövlət imtahanına və buraxılış işlərinin müdafiəsinə hazırlığı və digər cari məsəsələlər müzakirə olunub.