GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Geologiya fakültəsində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilmişdir

08/12/2016

8 dekabr 2016-cı il tarixində Geologiya fakültəsində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilmişdir. İclası fakültə Elmi Şurasının sədri dos. M.A.Məmmədova açaraq 3-ü əsas olmaqla bəzi məsələlərə toxunub və fakültənin 39 əməkdaşından 29-u iştirak etmişdir. Ətraflı müzakirələrdən sonra aşağıdakı qərarlar alınmışdır:

1. Geologiya fakültəsinin professoru M.İ.Çıraqovun BDU Böyük Elmi Şurasının üzvlüyünə seçilməsi tövsiyə olunsun
2. "Ümumi və tarixi geologiya" kafedrasında 0,5 ştat dosent vəzifəsini tutmaq üçün həmin kafedranın dosenti Hüseynov Həmid Musa oğlü müsabiqədən keçmiş hesab edilsin. 
"Kristalloqrafiya, mineralogiya və geokimya" kafedrasında 1 ştat dosent vəzifəsini tutmaq üçün həmin kafedranın dosenti Rəhimov Kərim Qənbər oğlu müsabiqədən keçmiş hesab edilsin.
"Faydalı qazıntılar" kafedrasında 1 ştat dosent vəzifəsini tutmaq üçün həmin kafedranın dosenti Kərimli Ülkər İbrahim qızı müsabiqədən keçmiş hesab edilsin.
3. "Faydalı qazıntılar" kafedrasının doktorantı Qənbərova Eyzangül Fətullah qızının 2520.01 "Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı,  münerageniya" ixtisası üzrə (Dissertasiya mövzusu: "Sarıbaş struktur formasion sonasının Talaçay-Kürmükçay arası kəsiminin geoloji quruluşu və filizliliyi (Böyük Qafqazın cənub yamacı)") minimum imtahan verməsi üçün Əlavə Proqram təsdiq olunsun.

Bookmark and Share