Bu gün Bakı Dövlət Universitetinin Geologiya fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin növbəti müdafiəsi keçirilib. Buraxılış Yekun Dövlət Attestasiyası Komissiyasının sədri AMEA-nın Yer Elmləri bölməsinin akademik-katibi, akademik Qədirov Fəxrəddin Əbülfət oğlu iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekanı dos. M.A. Məmmədova diplomçulara uğurlar arzulayıb.
Daha sonra Yusifov Sadiq “Gədəbəy rayonu Ərtəpə sahəsinin geoloji quruluşu və qızıl filizləşməsinə perspektivliyin qiymətləndirilməsi”, Quliyeva Nurlana “Göygöl rayonu Əzgilli sahəsi nəcib metalların axtarışı və qiymətləndirilməsi”, Əliyeva Aytən “Şabran sahəsindəki tikinti materialların axtarış qiymətləndirilməsi”, Ələkbərov Cavidan “Qədr sahəsində qızıl filizləşməsinə kompleks axtarış işlərinin aparılması və praqnoz resurslarının qiymətləndirilməsi (Gədəbəy Filiz rayonu)”, Əliyev Yusif “Xarxar mis- porfir yatağının formalaşmasının geoloji şəraiti və praqnoz resursların qiymətləndirilməsi (Gədəbəy Filiz rayonu) mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.
Müdafiə şurasının sədri akademik Qədirov Fəxrəddin Əbülfət oğlu təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb. Qeyd edək ki, müdafiədə fakültənin digər müəllim və professor heyəti də iştirak edib.