Geologiya fakültəsində 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Məhluqə Məmmədova 8 Mart Beynəlxalq qadınlar bayramı münasibətilə xanım həmkarlarını təbrik edib, onlara cansağlığı, elmdə uğurlar, şəxsi həyatlarında xoşbəxtlik, ölkəmiz üçün sağlam ruhlu və vətənpərvər nəsil yetişdirməyi arzu edib. Fakültənin xanım əməkdaşlarına dekanlıq tərəfindən hədiyyələr təqdim olunub.
Eyni zamanda, “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında hazırda təqaüddə olan “Yer qabığının geofiziki tədqiqatları” elmi tədqiqat laboratoriyasının müdiri, dosent Tamara Musazadə ilə görüş də təşkil olunub. Sonda veteran müəllim Tamara Musazadə çıxış edərək fakültənin keçmiş əməkdaşı kimi dəvət olunduğuna görə fakültə rəhbərliyinə, kafedra müdiri dosent Ə.Q.Novruzova və kafedranın kollektivinə təşəkkür edib və gənc kadrlara öz tövsiyələrini verib.