GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Geologiya fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

06/03/2017

06 mart 2017-ci il tarixində Həmkarlar Təşkilatının iclası keçirilmişdir. İclası giriş sözü ilə açan fakültənin dekanı dos. M.A.Məmmədova təşkilatın fəaliyyəti barədə məlumat verdi. BDU Həmkarlar İttifaqı Komitəsinin sədri dos. Fikrət Şiriyev iclasda iştirak edib. Fakültə Həmkarlar Təşkilatının sədri dos. K.Q.Rəhimov 2015-2016-ci illərdə görülmüş işlər barədə hesabat verdi. Hesabat ətrafında çıxış edən professorlar M.İ.Çıraqov, B.H.Qələndərov, dos. M.İ.Mansurov həmkarlar təşkilatının işini müsbət qiymətləndirmiş, təklif və arzularını bildirmişlər.

Daha sonra gündəlikdəki əsas məsələ açıq səsvermə yolu ilə fakültə Həmkarlar Təşkilatına büro üzvlərinin seçkisi keçirildi. Büro üzvlərinin sıralarına  yeni əməkdaşlar da daxil oldu. Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının dosenti K.Q.Rəhimov səs çoxluğu ilə yenidən fakültə Həmkarlar Təşkilatının sədri seçildi.

Bookmark and Share