Faydalı qazıntılar kafedrasının professoru Vaqif Ramazanovun rəhbərliyi altında Gədəbəyə ekspedisiya təşkil edildi. Bu ekspedisiyada İsveçrə Universitetinin professoru, Dr. Robert Moritz, Faydalı qazıntılar kafedrasının dosenti Mamoy Mansurov və başqaları iştirak etmişdir. Ekspedisiya dövrü ərzində Gədəbəy yatağından çoxsaylı nümunələr götürülmüş, bir qismi yerli laboratoriyalarda, digər qismi isə İsveçrə laboratoriyalara analiz üçün göndərilmişdir.