Faydalı qazıntılar kafedrasınin müdiri, AMEA-nın müxbir üzvi, prof. V.M.Babazadə, Ekologiya və Təbii Sərvətlər Naziri H.S.Bağırov, Paleobiogeokimya ETL-nin müdiri, prof. S.A.İsayev, həmin laboratoriyanın əməkdaşları F.M.Babayev, G.M.Qəmbərovanın müəllifi olduqları "Orta Xəzər şelfinin ekoloji geokimyası" monoqrafiyası çapdan çıxmışdır və geniş oxucu kütləsinə çatdırılmışdır. Elmi redaktor professor, Azrəbaycanın əməkdar geoloqu Ç.M.Xəlifəzadə, rəyçilər prof. N.Ə.İmamverdiyev və prof. Ş.Y.Göyçaylıdır. Bakı Universitetinin nəşriyyatında çap olunmuş bu əsər 377 səhifədən ibarət olmaqla 91 cədvəl, 71 illustrasiya, 104 adda ədəbiyyat siyahısını əhatə etmişdir.