Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş fakültələrarası futbol turnirində bu gün Geologiya fakültəsi keçən ilin qalibi olmuş Tarix fakültəsini 2-1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Xatırladaq ki, komandamızın ilk oyunu 02.04.2017-ci il tarixində Kimya fakültəsi ilə olmuşdu. Həmin oyunda fakültəmiz 3-2 hesabı ilə qələbə qazanmışdı. Futbol komandamızın baş məşqçisi tyutor Rəhman Piriyevdir. Komandamıza növbəti oyunlarda müvəffəqiyyətlər!