Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin «Qızıl səpinti yаtаqlаrının prоqnоzu, ахtаrışı və qiymətləndirilməsi» Elmi-tədqiqаt lаbоrаtоriyаsının baş elmi işçisi, Azərbaycanın Alban-Udin Xristian İcmasının sədri Robert Mobili Varşavada keçirilmiş VII Beynəlxalq Konqresdə iştirak edib.
Robert Mobili "Udinlərin postsovet məkanında sosial-iqtisadi həyatı" adlı məruzəsində udinlərin postsovet məkanında həyatından, xalqın adət və ənənələrindən bəhs edib. Eyni zamanda, Azərbaycanın müstəqillik illərində respublikada alban kilsələrinin və dini məbədlərin bərpasından, multikulturalizmin Azərbaycan modelinin dünyada uğurlu təbliğatından da danışıb.
Robert Mobili çıxışından sonra konqres iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.