Geologiya fakültəsinin strukturuna daxil olan "Paleontologiya və tarixi geologiya" və "Ümumi geologiya" kafedraları birləşdirildi və vahid "Ümumi və tarixi geologiya" kafedrası yaradıldı. Yeni yaradılmış kafedraya müdir vəzifəsinin icrası gələcəkdə müsabiqə elan edilməklə ləğv edilmiş "Paleontologiya və tarixi geologiya" kafedrasının dosenti H.M.Hüseynova həvalə edildi.