GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Fakültə kollektivi təbrik edir!

21/11/2018

Bu gün Geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədovanın  doğum günüdür. Məhluqə Məmmədova 21 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.1964-1974-cü illərdə Göyçay şəhər 3№-li Beynəlmiləl orta məktəbdə orta təhsil alıb. 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Geologiya şöbəsində ali təhsil alıb. 1979-cu il, Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirib. 2004-cü il, “Samur-Dəvəçi dağətəyi düzənliyinin Dördüncü dövr çöküntülərinin yeraltı sularının mövcud hidrogeoloji şəraiti və geoekologiyasına texnogenezin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib Geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Ailəlidir, 2 övladı var.

Dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirilən Məhluqə xanımı ad günü münasibətilə təbrik edir, gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Fakültə kollektivi

Bookmark and Share