Azərbaycan Respublikası Təhsil Nazirliyinin Doktorant və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı Bakı Dövlət Universitetində 24-25 oktyabr 2017-ci il tarixdə keçiriləcəkdir. Konfransın açılış mərasimi 24 oktyabr saat 1100-da Əsas bina III mərtəbədə yerləşən akt zalında keçiriləcəkdir.
Qeydiyyat 24 oktyabr saat 1000-1045-dək Əsas bina III mərtəbədə aparılacaqdır.
Konfransa material təqdim etmiş tədqiqatçıların iştirakı vacibdir.