GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Dekanlıq təbrik edir!

13/02/2019

Bu gün Geologiya fakültəsi Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əvəz Məmmədovun  doğum günüdür. Əvəz Məmmədov 13 fevral 1949-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1956-1966-ci illərdə Bakı şəhər 20№-li məktəbdə orta təhsil alıb. 1967-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. 1981-ci ildə SSRİ EA O.Y.Şmidt adına Yer fizikası İnstitutunda “Üst mantiyaya uyğun yüksək təzyiq və temperatur şəraitində Kiçik Qafqazın ofiolit formasiyasının ultraəsasi süxurlarının elektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2001-ci ildən BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında çalışır. Ailəlidir, 2 övladı var.

Dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirilən Əvəz müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Dekanlıq

Bookmark and Share