GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Dekanlıq təbrik edir!

17/02/2019

Bu gün Geologiya fakültəsi Faydalı qazıntılar kafedrasının professoru, Nazim İmamverdiyevin  doğum günüdür. Nazim İmamverdiyev 17 fevral 1959-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar kəndində anadan olub. 1965-1975-ci illərdə Tovuz rayonu Sarıtala kənd orta məktəbində təhsil alıb. 1975-1980-ci illərdə Moskva Dövlət Universitetinin Geologiya fakültəsinin “Geokimya” ixtisasında təhsil alıb. 1980-1989-cu illərdə AMEA Geologiya İnstitutunda işləyib. 1989-cu ildə “Kəlbəcər Törəmə Çökəkliyinin gec orogen vulkanizminin petrololoji-geokimyəvi xüsusiyyətləri (Kiçik Qafqaz)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib Geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Həmin ildən Bakı Dövlət Universitetində çalışır. 1989-1995-ci illərdə “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-da elmi işçi, böyük elmi işçi, 1995-2004-cü illərdə “Faydalı qazıntılar” kafedrasında baş müəllim, dosent işləyib. 2002-ci ildə “Kiçik Qafqazın gec kaynozoy vulkanizminin petrologiyası və geokimyası”  mövzusunda doktorluq dissertasiyasını müdafiə edib Geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini alıb 2004-cü ildən həmin kafedrada professor, həmçinin “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-da böyük elmi işçi vəzifəsində işləyir. Ailəlidir, 2 övladı var.

Dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirilən Nazim müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Dekanlıq

Bookmark and Share