Bakı Dövlət Universitetinin Seysmologiya və Yer təkinin fizikası kafedrası və Yer qabığının geofiziki tədqiqatları laboratoriyası vəКöln Universiteti (Almaniya) Volkswagen Stiftung şirkətinin maliyyə dəstəyi ilə Pirəküşkül qrupu palçıq vulkanlarının dərinlik quruluşunun elektromaqnit üsullarlı ilə artıq bir neçə ildir ki, elmi tədqiqat işləri aparır. Bu əməkdaşlığın davamı olaraq 10.03.2011-ci il tarixində Daşgil və Pirəküşkül palçıq vulkanlarında kafedranın əməkdaşları - dos.Ə.Q.Novruzov, dos.Ə.L.Məmmədov, aspirant R.H.Piriyev və Köln Universiteitinin Geofizika Elmi Tədqiqat İnstitutunun rəhbəri - Dr. Bülent Tezkanın iştirakı ilə növbəti monitorinq keçirilmişdir. Həmin ərazilərdə gələcək elektrik kəşfiyyatı (LOTEM) üsulları ilə yeni həcmli tədqiqat işlərinin aparılması planlaşdırılır.