GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Geologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

14/09/2017

14 sentyabr 2017-ci il tarixdə Geologiya fakültəsində fakültəyə qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib. Tələbə adını qazanmaqları münasibəti ilə təbrikini çatdıran fakültə dekanı dos. M.A. Məmmədova universitetin və fakültənin tarixi, bu günü barədə qısa məlumat verib. Daha sonra tələbələri Boloniya təhsil sistemi, universitetin daxili nizam-intizam qaydaları haqqında məlumatlandırıb, tələbələrin hüquq və vəzifələrini izah edib. Görüşdə dekan müavini, tyutorlar, tələbə təşkilatlarının sədrləri də iştirak edib. Tələbələrin və valideyinlərin çoxsaylı sualları cavablandırıldıqdan sonra, tyutorlar: Mirzəyeva Sərriyə və Əhmədova Nuranə 1-ci kursun qrupları üzrə siyahıları elan edib. Sonda valideynlər tələbələr üçün yaradılan yüksək şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

 

Bookmark and Share