GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

BDU-da doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı başlayıb

24/10/2017

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov qonaqları salamlayıb və konfransın əhəmiyyətindən danışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edən rektor təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkib, BDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib. Riyaziyyat-fizika bölməsi Geologiya fakültəsində də davam etdirilib. Fakültənin dekanı, dosent Məhluqə Məmmədova bölmə iclasını giriş sözü ilə açaraq iştirakçılara uğurlar arzulayıb. Fakültənin doktorantları Əhmədova Nuranə Energetika, neft-qaz və geologiya bölməsində və Mirzəyeva Səriyyə isə Coğrafiya və ekologiya bölməsində məruzə ilə çıxış ediblər. İclasın sonunda iştirakçılar məruzəçilərlə  fikir mübadiləsi aparıb, onların  suallarını cavablandırıb və təkliflərini dinləyiblər.




Bookmark and Share