GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

BDU THİK Geologiya fakültəsinin I kurs tələbələri ilə görüşüb

12/10/2017

Bu gün - 12 Oktyabr 2017-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurslarla növbəti görüşü keçirib. 14:00-da start götürən tədbirdə THİK sədri Daşqın Qənbərov, sədr müavinləri Etibar Əhmədov, Manaf Talıbov, İdman kafedrası müdiri Akif Atakişiyev, Geologiya və Kimya fakültələrinin birinci kurs tələbələri və THT-nin fakültə sədrləri iştirak edib. Tədbiri açıq elan edən THİK-nin sədri Daşqın Qənbərov təşkilatın tələbələr üçün əhəmiyyətini, onlar üçün yaratdığı şəraiti vurğulayıb. İdman kafedrasının müdiri Akif Atakişiyev çıxış edərək idmanın insan sağlamlığı üçün əhəmiyyətini, tələbələrin asudə vaxtlarını idmanla keçirmələrini, idman kafedrası olaraq əldə edilən uğurları, həmçinin tələbələr üçün yaradılan şəraiti qeyd edib. Geologiya fakültəsi üzrə THT-nin sədri Əliheydər Hacıyev çıxışında öz fakültəsi və Tələbə Həmkarlar Təşkilatı haqqında məlumat verib. Tədbir birinci kursların suallarının cavablandırılmasından sonra yekunlaşıb.

Bookmark and Share