GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

BDU Geologiya fakültəsinin tələbələri SOCAR Geofizika və Geologiya idarəsi və Azərbaycan Milli Geofizika Komitəsi ictimai birliyinin birgə layihəsində iştirak edib

01/12/2016

25 noyabr, saat 14:00 tarixində Geofizika və Geologiya idarəsinin akt zalında BDU və ADNSU Geologiya fakültəsinin tələbələri SOCAR Geofizika və Geologiya idarəsi və Azərbaycan Milli Geofizika Komitəsi ictimai birliyinin birgə layihəsində iştirak etmişlər. Tədbiri SOCAR Geofizika və Geologiya idarəsinin rəisi E.İ. Şirinov giriş sözü ilə açıq elan edib, daha sonra isə Azərbaycan Milli Geofizika Komitəsi ictimai birliyinin sədri Ş.S. Köçərli çıxış etmişdir. Çıxış edənlər arasında Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin geofizikası kafedrasıın müdiri Ə.Q. Novruzov və həmin kafedranın dosenti Ə.L. Məmmədov və eləcə də fakültənin dekan müavini T.H. Təhməzova da yer alıb. İnteraktiv keçən tədbirdə tələbə viktorinası da keçirilmişdir. Yekunda viktorinada qalib olmuş tələbələr mükafatlandırılıb və təltif edilmişdir.

.

Bookmark and Share