Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib. Rektor yüksək balla daxil olan gənclərə tələbə biletləri, universitetin tarixini əks etdirən bukleti təqdim edib, xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himninin sədaları altında yuxarı qaldırıl