Son illərdə böyük uğurlara imza atan, vəzifə pillələrinə, elm-sənət zirvələrinə yüksələn, ailəcanlı, övladcanlı, el, Vətən təəssüblü bütün Azərbaycan qadınlarını, o cümlədən fakültənin xanım əməkdaşlarını dağları, boz çölləri və quru budaqları göyərdən bahar əhval-ruhiyyəli 8 Mart Beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edir, onlara cansağlığı, ailə səadəti, müdriklik və bu gözəl gündə ailə qayğılarından, məişət problemlərindən ayrılaraq ürək dolusu fərəhlənməyi arzu edirik.