GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Azərbaycan Neftçi Geologlar Cəmiyyəti Amerika Geoloqlar Assosoasiyasının bölməsi

13/11/2014

Amerika Neftçi Geoloqlar Assosiasiyası 1917-ci ildən fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrində 40-dan artıq bölməsi mövcuddur. Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti 20 illik bir dövrdə Azərbaycanda aktiv fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarından biridir. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlər, o cümlədən BP (Böyük Britaniya), Total (Fransa), Statoil (Norveç), Şlumberge (Fransa), RWE (Almaniya), OMV (Avstriya) və başqaları korporativ üzv kimi Cəmiyyətdə fəaliyyət göstərirlər.

 

ANGC tələbələri və gənc mütəxəssisləri dəstəkləmək məqsədlə artıq 14 ildir ki, hər il tələbələrin, magistrantların və aspirantların qatıldığı Tələbə Elmi Konfransı keçirir. Konfransın nəticələrinə əsasən tələbələrə qiymətli hədiyyələr, həvəsləndirici mükafatlar təqdim olunur. Mütəmadi olaraq xarici ölkələrdən dəvət olunmuş alimlərin mühazirələri təşkil olunur. Tələbələrin praktiki biliklərə yiyələnməsi məqsədilə müxtəlif müəssisələrə ekskursiyalar və çöl ekskursiyaları keçirilir.

ANGC həmişə tələbələrə fəal kömək etmiş, onlar üçün həm Azərbaycanın görkəmli mütəxəssislərini, həm də xarici mütəxəssisləri dəvət etməklə sistemli şəkildə elmi seminarlar və treninqlər keçirmişdir. Bununla yanaşı gənc alimlərin xaricdə keçirilən elmi konfranslara getməsinə, orada çıxış edərək öz bilik və bacarıqlarını göstərmələrinə Cəmiyyət həmişə şərait yaratmışdır. Gənc alimlərin, mütəxəssislərin və hazırlıqlı kadrların yetişdirilməsində Cəmiyyətin rolu çox böyükdür.

Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinə  Üzv olmaq isteyen şəxsler Nərminə Atakişiyevaya muraciet edib elaqe saxlaya bilerler .

 

E-mail : [email protected]

Facebook : Nara Atakishiyeva(Bennet)

Qeyd :ÜzvlÜk haqqinin ödənişi illikdir ( 6 manat )

Bookmark and Share