Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Tədbirdə AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub. Fakültəmizin "Faydalı qazıntılar" kafedrasının müdiri akademik Vasif Babazadə Azərbaycanın mineral-xammal resurslarının öyrənilməsində fundamental tədqiqatlara görə AMEA-nın akademik Musa Əliyev adına mükafatına layiq görülüb. Bu münasibətlə Vasif müəllimi fakültənin kollektivi adından təbrik edir, ona elmi işlərində yeni nailiyyətlər arzu edirik!
Dekanlıq.