İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və 700 bal toplayaraq Hüquq fakültəsinə qəbul olmuş İlhamə Hüseynovanın çıxışından sonra rektor Abel Məhərrəmov yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur. Bu tədris ilində BDU-nun SABAH qruplarında təhsil alan tələbələrin sayı 172-dən 250 nəfərə qədər yüksəlib. Eyni zamanda, bu il SABAH qruplarına 10 ixtisas üzrə qəbul aparılıb ki, onlardan Psixologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun SABAH qrupları tələbələrinin sayı 595 nəfərdir. Bu il universitetin bakalavriat səviyyəsində “Korreksiyaedici təlim” adlı yeni yeni ixtisas da açılıb. Cari ildə BDU-nun Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya biologiya müəllimliyi, Sosial iş, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi yeni ixtisaslardır. Bu il filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 nəfər tələbə qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 262 nəfər çoxdur. Ümumilikdə, filialda təhsil alan tələbələrin sayı 700 nəfərdir.