GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

15 noyabr 1919-cu il- Bakı Dövlət Universitetində ilk dərs günü

15/11/2019

1919-cu il sentyabrın 1–də Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti tərəfindən təsis olunan və bütün müsəlman şərqində ilk Avropa tipli ali təhsil ocağı kimi fəaliyyətə başlayan Bakı Dövlət Universitetində 15 noyabr 1919-cu il ilk dərs günü elan edilib.Bu gün ilk dərs gününün 100 illik tarixi ilə əlaqədar tələbələrlə görüşən fakültə dekanı dosent Məhluqə Məmmədova, “Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə, “Kristalloqrafiya, mineralogiya və geokimya” kafedrasının müdiri, professor Məmməd Çıraqov, “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri, dosent Əli Novruzov, Fakültə Tədris-Metodiki Şurasının sədri, dosent Əvəz Məmmədov, dekan müavinləri Şakir Balammədov və İlqar Quliyev, müəllim Günay Hüseynova Universitetin 100 illik inkişaf tarixi, tanınmış məzunları, hazırda aparılan islahatlar və kadr hazırlığı barədə geniş məlumat verərək, bu tarixi gün münasibətilə tələbələri təbrik etmişlər.Tələbələrin maarifləndirilməsi məqsədilə bu görüşlər gün ərzində bütün qruplarda fakültənin fənn müəllimləri tərəfindən davam etdirilib.

 

Bookmark and Share