11.12.2019-cu il tarixində Geologiya fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Fakültə dekanı, Elmi Şuranın sədri dosent Məhluqə Məmmədova iclası acıq elan edərək, fakültənin professor-müəllim heyətinə, Elmi Şura üzvlərinə və 2019-cu ilin Elmi hesabatlarının müzakirəsi zamanı fakültə və ETİ-lərin Elmi Şuralarının iclaslarında iştirak etmək üçün yaradılmış Komissiyanın üzvü İqtisadi Kibernetika (Riyazi İqtisadiyyat və İqtisadi-Ekoloji Sistemlərin Modelləşdirilməsi) kafedrasının dosenti Fərhad Mirzəyevə Elmi Şuranın iclasında iştirak etdiklərinə görə təşəkkür edib. O, BDU-nun 100 illik yubileyi ilə bağlı təltif edilmiş fakültə əməkdaşlarını təbrik edərək, Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda 2019-cu ilin Emi tədqiqat işlərinin hesabatları dinlənilib. "Faydalı qazıntılar" kafedrasının professoru Nazim İmamverdiyev, "Kristalloqrafiya, mineralologiya və geokimya" kafedrasının dosenti Rəhimov Kərim, "Seysmologiya və Yer təkinin fizikası" kafedrasının dosenti Əvəz Məmmədov, "Ümumi və tarixi geologiya" kafedrasının müdiri, professor Musa Məmmədov, "Hidrogeologiya və mühəndis geologiyası" kafedrasının dosenti Esmiralda Məmmədova, "Paleobiogeokimya" ETL müdiri professor Sokrat İsayev, "Qızıl səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi" ETL-in baş elmi işçisi Robert Mobili illik hesabatla çıxış edib, aparılan elmi tədqiqat işlərinin nəticələri barədə məlumat veriblər.
Elmi hesabatların müzakirəsi zamanı İqtisadi Kibernetika (Riyazi İqtisadiyyat və İqtisadi-Ekoloji Sistemlərin Modelləşdirilməsi) kafedrasının dosenti Fərhad Mirzəyev çıxış edərək bildirib ki, yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatını qənaətbəxş hesab etmək olar. "Faydalı qazıntılar" kafedrasının müdiri, akademik Vasif Babazadənin çıxışından sonra iclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.