GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

02 may 2018-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “GEOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir

02/04/2018

Respublika Elmi Konfransı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Geologiya fakültəsi

Konfransa təqdim olunacaq materialların aşağıdakı bölmələrə uyğun olması tövsiyə edilir:

- Faydalı qazıntı yataqlarının geologiyası;
- Kristalloqrafiya, mineralogiya, geokimya, geologiya;
- Hidrogeologiya, mühəndis geologiyası, geofizika


Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.

A5 format kağızda hər tərəfdən 2 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlər arası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Abzasın əvvəlində 0,5 sm buraxılmalıdır. Şəkillərin və cədvəllərin adları mərkəzdə, cədvəllərin №-si isə sağ kənarda qeyd olunur.

N ü m u n ə

Orta Kür çökəkliyində termal

suların istifadə perspektivliyi

F.A.Həsənov, M.Z.Namazova

Bakı Dövlət Universiteti

M Ə T N

 

Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə  15 aprel 2018-ci il tarixinə kimi təqdim edilməlidir.

Konfransın istiqamətinə və tərtibat tələblərinə uyğun olmayan məqalə və tezislərin qəbul edilməməsini Təşkilat Komitəsi öz üzərində saxlayır.

Təşkilat komitəsinin ünvanı: Bakı AZ 1148, Akademik Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, əsas bina II mərtəbə, Geologiya fakültəsinin dekanlığı

 

 

TƏŞKİLAT KOMİTƏSİ

Bookmark and Share