Respublika Elmi Konfransı
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Geologiya fakültəsi
Konfransa təqdim olunacaq materialların aşağıdakı bölmələrə uyğun olması tövsiyə edilir:
- Faydalı qazıntı yataqlarının geologiyası;
- Kristalloqrafiya, mineralogiya, geokimya, geologiya;
- Hidrogeologiya, mühəndis geologiyası, geofizika
Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.
A5 format kağızda hər tərəfdən 2 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlər arası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Abzasın əvvəlində 0,5 sm buraxılmalıdır. Şəkillərin və cədvəllərin adları mərkəzdə, cədvəllərin №-si isə sağ kənarda qeyd olunur.
N ü m u n ə
Orta Kür çökəkliyində termal
suların istifadə perspektivliyi
F.A.Həsənov, M.Z.Namazova
Bakı Dövlət Universiteti
M Ə T N
Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə 28 aprel 2017-ci il tarixinə kimi təqdim edilməlidir.
Konfransın istiqamətinə və tərtibat tələblərinə uyğun olmayan məqalə və tezislərin qəbul edilməməsini Təşkilat Komitəsi öz üzərində saxlayır.
Təşkilat komitəsinin ünvanı: Bakı AZ 1148, Akademik Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, əsas bina II mərtəbə, Geologiya fakültəsinin dekanlığı
TƏŞKİLAT KOMİTƏSİ